SOS: Bu xəstəliyə yoluxan 24 saat yaşayır

19-04-2015, 17:40   

Nigeriyada yeni bir xəstəlik yayılıb.

Publika.az-ın məlumatına görə, yayılan bu naməlum xəstəlik 18 nəfərin ölümünə səbəb olub.

Ölkə rəsmilərinin məlumatına görə, Ondo ştatının Ode-İrele şəhərində sürətlə yayılan xəstəliyin əsas əlamətləri baş ağrısı, huşun itirilməsi, görmə qabiliyyətinin pozulmasıdır. Xəstəliyə yoluxan insan 24 saat ərzində dünyasını dəyişir.

Nigeriyanın səhiyyə qurumlarının rəsmiləri və Dünya Səhiyyə Təşkilatının ekspertləri bu sirli xəstəliyi müəyyənləşdirməyə çalışırlar. Onun Ebola və ya hər hansı digər virus olması istisna edilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.