12 yaşlı yeniyetmənin intihar səbəbi məlum deyil
Sabunçu rayonunda intihar hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, Kürdəxanı qəsəbəsi, yeni yaşayış massivindəki həyət evində 2003-cü il təvəllüdlü Həsənli Ruslan Arif oğlu özünü asıb. Ailə üzvləri 12 yaşlı oğlanın meyitini tavandan asılı vəziyyətdə aşkarlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, intihar edən yeniyetmə orta məktəbin 6-cı sinif şagirdi olub.