İlham Mustafayev şöbə müdirinin müavinliyindən kənar restoranlar «kralı» kimi ad çıxarıb
Mikayıl Cabbarov təhsil naziri təyin olunandan sonra böyük əksəriyyət Misir Mərdanovdan qalma komandanın tamamilə işdən uzaqlaşdırılacağını düşünürdü. Mənbə xəbər verir ki, həmin vaxt bəzi addımlar atan yeni nazir bir sıra kadr dəyişikliyi etdi. Hətta struktur dəyişikliyi də diqqəti çəkdi. Amma köhnə komanda ilə bacarmaq mümkün olmadı.
Qeyd edək ki, həmin vaxt işdən çıxarılacağı gözlənilən şəxslərdən biri Ali v? orta ixtisas t?hsili sob?sinin mudiri Ilham Mustafayev idi. Düzdür, onu vəzifəsindən azad etdilər. Amma ardından islahat nəticəsində birləşdirilmiş Elm, ali v? orta ixtisas t?hsili sob?sin? müdir müavin təyinatı aldı. Azerinews.tv bildirir ki, JAM.AZ-ın apardığı araşdırmalar zamanı məlum olub ki, İlham Mustafayev heç də kiçik fiqur deyil və onun yetərli qədər maliyyə imkanları var. Bundan əlavə, o, uzun müddət Təhsil Nazirliyinin «pul kisəsi» olaraq ad çıxarıbmış. Həmin bilgilərdə qeyd olunur ki, şöbə müdirinin müavini faktiki olaraq Təhsil Nazirliyində də böyük söz sahibləri sırasındadır. Çünki nazirliyin bir sıra maliyyə işlərini məhz Mustafayevin həll etdiyi iddia olunur.
Əslində, İlham Mustafayevin belə bir ad çıxarmasına qəribə yanaşmaq olmaz. Ona görə ki, sözügedən şəxs uzun illər orta və ali məktəbləri kurasiya edib və onun dediyi sözün qarşısında duran olmayıb. Bu səbəbdən də tələbə köçürmələri, imtahanların yazılması və ya orta məktəblərə nəzarət funksiyaları adıçəkilən şəxsin geniş maliyyə imkanları əldə etməsinə gətirib çıxarıb.
Amma Mustafayev bununla da kifayətlənməyib və imkanlarını da daha genişləndirmək qərarına gəlib. Əldə etdiyimiz məlumatlarda vurğulanır ki, Təhsil Nazirliyinin rəsmisinin Şıxov çimərliyi yaxınlığında «Qızıl Balıq» adlı restoranı fəaliyyət göstərir. Onun Bakıda daha bir neçə restoran və bahalı kafelərinin olduğu da verilən məlumatlar sırasındadır.
Həmçinin İlham Mustafayevin paytaxtda iki çay evi, maşın təmiri sexi, Gürcüstanda isə villası və restoranları fəaliyyət göstərir.
Hərçənd sözügedən şəxsin adı bu yaxınlarda başqa bir qalmaqala qarışıb. Ki, bu da vəzifəyə qoyulma prosesi ilə bağlıdır. Məsələn, iddia olunur ki, İlham Mustafeyv peşə məktəblərindən birinin direktorunu daha yüksək posta gətirəcəyini vəd edib və müqabilində bəzi şeylər istəyib. Həmin direktorun adı bizə məlum olsa da, bəzi dəqiqləşdirmələr səbəbindən açıqlamırıq. Amma maraqlı məqam odur ki, Təhsil Nazirliyinin rəsmisi verdiyi vədin müqabilində həmin peşə məktəbinin rəhbərini aldadıb.
Bildirək ki, İlham Mustafayevlə bağlı məlumatlar bununla yekunlaşmır. Və onun daha ciddi işlərdə əli olduğu, bir sıra qaranlıq işlərə qarışdığı, habelə bir sıra universitetlərlə şərikli işlədiyinə dair də bilgilər var. Onlarla bağlı araşdırmamız davam edir və yeni nəticələr olduqca ictimaiyyətə açıqlanacaq.
Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.