Ananın 18 aylıq uşağına qarşı vəhşiliyi – video

20-04-2015, 19:06   
Ananın 18 aylıq uşağına qarşı vəhşiliyi – video
Rusiyada ərlə arvadın davasından sonra ananın öz doğma körpəsinə qarşı göstərdiyi münasibət ölkənin əsas müzakirə mövzusuna çevrilib.

Axşam.az NTV kanalına istinadən xəbər verir ki, 30 yaşlı Viktoriya ilə 32 yaşlı həyat yoldaşı Vyaçeslav Samoylov arasındakı mübahisə zamanı lentə alınan video sosial şəbəkədə böyük səs-küy yaradıb. Belə ki, cütlüyün davası zamanı ana yerə atılan 18 aylıq uşağının üstünə yeriyərək onu tapdalamağa çalışıb.

Qonşuların sözlərinə görə, ana ilə ata dalaşdıqdan sonra körpəni elə oradaca qoyaraq başqa istiqamətlərə gediblər. Dövlətin himayəsinə götürülən uşağın həkim müayinəsindən keçirildikdən sonra vəziyyətinin yaxşı olduğu üzə çıxıb. Viktoriya ilə Vyaçeslavın isə valideynlik hüququndan məhrum edilməsi gözlənilir.

Qeyd edək ki, daha sonra efirə çıxaraq uşağın yerə atılmasında bir-birini ittiham edən cütlük günahı digərində axtarmağa çalışıb. Onların davasına isə Viktoriyanın telefonuna gələn mesajları ərinin oxumasına icazə verməməsi səbəb olub. Viktoriya uşağı həyat yoldaşının yerə atdığını, V.Samoylov isə xanımının körpəni tapdalamağa çalışdığını və bütün olanları telefonu vasitəsilə çəkdiyini bildirib.
[media=https://www.youtube.com/watch?v=2Zm3q2P28y8]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.