Komitədə yoxlama başladı, xidmət rəisi mənzilini və obyektini satışa çıxardı

21-04-2015, 21:19   
Komitədə yoxlama başladı, xidmət rəisi mənzilini və obyektini satışa çıxardı

"Əbülfət İmanov komitə sədrinin "sağ əli" kimi tanınır və sözügedən komitənin bütün "qara işlər"ini həyata keçirir

Hesablama Palatası yoxlamanı genişləndirdiyi bir ərəfədə komitə sədri Ramiz Həsənova "xüsusi yaxınlığı" ilə tanınan Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanov əndişəsi artıb:

Bildirilir ki, Xidmət rəisi bu postdan əvvəl - Əli Nağıyevin nazir olduğu dövrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri vəzifəsini yerinə yetirib. O, burada da xüsusi "ad çıxarmağı" bacarıbmış, belə ki, həmin postda işləyərkən də İmanovla bağlı kifayət qədər şikayətlər ortaya çıxırmış.

Eyni "ənənə" indi onun Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi postunu icra edərkən də yaşanır. Qurumun "əsas yük"ünü çiyinlərində daşıyan Xidmət rəisi hətta Ramiz Həsənovun komitəsinin kadr məsələlərinə də aşkar müdaxilə səlahiyyətinə malikdir. Qeyd edilir ki, Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi əməkdaşların işə qəbulu məsələsində ciddi qanun pozuntularına yol verir. Belə ki, o,sırf şəxsi mövqeyinə əsaslanaraq, dövlət qulluğuna qəbul qaydalarına müvafiq şəkildə işə götürülmüş əməkdaşları heç bir əsas olmadan vəzifələrindən azad edir.Vakant yerlərə isə bir çox hallarda ixtisası uyğun olmayan, qeyri-peşəkar şəxsləri bəlli maraqlar müqabilində işə qəbul etdirir. Bildirilir ki, bir çox hallarda Ə. İmanovun kadr seçimi hətta komitə sədrinin özünü çətin vəziyyətdə qoya biləcək.

Məlumatlarda həmçinin vurğulanır ki, Əbülfət İmanov son illərdə öz maddi imkanlarını misli görünməmiş dərəcədə artırıb. Bunun səbəbləri isə maraq doğurmaya bilməz. İstisna edilmir ki, o, geniş kapitala və əmlaka məhz yuxarıda sadalanan neqativ hallar sayəsində nail olub.

Maraqlıdır ki, Hesablama Palatasının Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yoxlamalara başladığına dair xəbərlərlə eyni vaxtda Ə. İmanovun Bakının mərkəzindəki mənzilini və Bakıxanov qəsəbəsindəki restoranını satışa çıxardığına dair də iddialar meydana gəlib. İstisna edilmir ki, buna səbəb yoxlamalar zamanı ortaya çıxacaq neqativ halları önləmək üçün yaranan ehtiyacları ödəmək məqsədi daşıyır...".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar