Bakıda manyak peyda olub – Qızın evinə girərək...

22-04-2015, 15:36   
Bakıda manyak peyda olub – Qızın evinə girərək...
Bakının Xətai rayonunda qeyri-adi hərəkətlər edən şəxs haqda polisə məlumat verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, A.Qurban küçəsində yaşayan 1989-cu il təvəllüdlü Pərvin Məmmədova bildirib ki, axşam saat 22:15 radələrində evin qapısını açıq qoyub gedib, 15 dəqiqə sonra geri qayıtdıqda evin dağınıq vəziyyətdə olduğunu görüb.

Evdə isə üzündə maska olan bir nəfərin əlində olan bıçağı öz bədəninə sürtərək sakitcə dayandığını görüb.

P.Məmmədov bunu görən kimi qışqırıb, naməlum şəxs heç bir söz demədən sakitcə evdən çıxıb.

Bir müddət sonra həmin şəxs pəncərən evə baxıb, təkrar evə girib. Qız yenidən qışqırdıqda çıxıb gedib.

Sonradan məlum olub ki, həmin şəxs evdən heç nə oğurlamayıb və Pərvin Məmmədovadan heç nə tələb etməyib.

Xətai RPİ 37-ci Polis Bölməsindən “Qafqazinfo”ya bildirilib ki, məsələ İdarədə İstintaq Şöbəsində araşdırılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.