Katibəni nişanlısının gözü önündə 3 nəfər zorladı

22-04-2015, 17:56   
Katibəni nişanlısının gözü önündə 3 nəfər zorladı
İnşaat firmasında katibə işləyən S.M. adlı qız işdən sonra nişanlısı T.F. ilə görüşüb, avtomobillə gəzməyə çıxıblar. Cütlük avtomobili meşəlik ərazinin girişində park edib, musiqi dinləyərək söhbət etmək istəyir. Bu zaman meşəlikdə spirtli içki qəbul edən üç nəfər avtomobilin yanına gəlib silah gücü ilə T.F-nin əllərini bağlayıb. Pozğunlar bunun ardından da nişanlısının gözləri önündə gənc qıza dəfələrlə təcavüz ediblər. İyrənc əməllərindən sonra isə cütlüyün pullarını, zinət əşyalarını və telefonlarını da götürüb qaçıblar.

Vaxt itirmədən polisə gedən cütlük başlarına gətirilən faciəni danışıblar. Polis cinayətkarları yol kənarlarına quraşdırılmış müşahidə kameralarına düşmüş görüntülərilə axtarmağa başlayır. Onlardan biri oğurluq telefonu satarkən yaxalanır. Nişanlı cütlüyün tanıdığı şübhəli sorğu zamanı hər şeyi etiraf edib.

Cinayətkarların üçü də evli və uşaq sahibidirlər. Maraqlıdır ki, hadisə günü onlardan birinin qızı doğulub. Qarət, narkotik, basqın və fiziki xəsarət yetirmə kimi cinayətlərdə adları hallanan hər üç şəxs saxlanılıb.

Psixoloji dəstəklə özünə gələn gənc qız yaşadığı dəhşəti polislərə belə anladıb: “Özgecan Aslanın başına gələnlər məni dəhşətə salmışdı. Eyni şeyləri mən də yaşadım, ancaq məni öldürmədilər. Təcavüzçülərə ən ağır cəzanın verilməsini istəyirəm”.

Qeyd edək ki, hadisə Türkiyənin Buca şəhərində meşəlik ərazidə baş verib.

Yenilik.Az:
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.