Toyu təzə olmuş gənc kredit borcuna görə özünü asdı

22-04-2015, 19:04   
Toyu təzə olmuş gənc kredit borcuna görə özünü asdı

Şəkidə yeni ailə quran 24 yaşlı gənc intihar edib. Yaxın vaxtlarda ata olacaq şəxs özünü yaşadığı evin həyətindəki heyva ağacından asıb.

Hadisə rayonun Baltalı kəndində qeydə alınıb. Kənd sakini, 24 yaşlı Malik Hacıbalayev özünü həyətlərindəki heyva ağacından asıb. Onun meyiti heyva ağacından asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib. Yaxınları onu xilas etməyə çalışsalar da artıq gec olub.

Kənd sakinləri Malik Hacıbalayevin yumşaq təbiətli biri olduğunu və kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olduğunu söyləyiblər. Bir ilə yaxındır ailə quran gənc yaxın vaxtlarda ata olacaqdı. Onun banklardan birinə kredit borcunun olduğu da bildirilir.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır (APA TV).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.