Bakıda oğlan qızla tanış olmaq üçün qeyri-adi üsula əl atıb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, o qıza bıçaqla hədə-qorxu gələrək telefon nömrəsini istəyib.
Bakı sakini 1990-cı il təvəllüdlü Sona Məmmədova polisə şikayət edərək bildirib ki, Xətai rayonu ərazisində tanımadığı oğlan tanış olmaq məqsədi ilə bıçaqla hədə-qorxu gələrək ondan mobil teıefonunun nömrəsini alıb.
Əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxs müəyyən olunub. Bakı sakini 1991-ci il təvəllüdlü Kənan Həbibli saxlanılıb. Onun ifadəsi alındıqdan sonra sərbəst buraxılıb.
Murad Əhməd
“Qafqazinfo”