Rusiyada 18 yaşlı azərbaycanlı qızı oğurladılar

25-04-2015, 20:36   
Rusiyada 18 yaşlı azərbaycanlı qızı oğurladılar

Rusiyada 18 yaşlı azərbaycanlı gənc qız oğurlanıb. Hadisə Leninqrad vilayətində baş verib. Şəhər kolleclərindən birinin şagirdi olan gənc qız özünün qaçırılması faktı barədə məlumat verib.

Azərbaycanlı qız mobil telefon vasitəsilə öz dayısına zəng edib. Gənc qız 4 naməlum oğlan tərəfindən bıçaqla hədələndiyini söyləyib. Azərbaycanlı qız deyib ki, onu maşına mindirərək naməlum istiqamətdə aparıblar.

Hazırda qızın telefonu sönülü olduğu üçün onunla əlaqə saxlamaq mümkün deyil. Qızın ailəsi polisə bildirib ki, qaçırılma hadisəsi baş verən gün 18 yaşlı gənc qız söz-söhbətdən sonra evdən gedib. Ailə daxili münaqişənin səbəbi isə qızın Azərbaycana getmək istəyi olub.

Qeyd edək ki, qız 2012-ci ildən Rusiyada yaşayır. Polislər hazırda hadisənin baş vermə səbəblərini araşdırırlar (ans press).
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.