Zaqatalada intihar hadisəsi baş verib.
Zaqatala Rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Yuxarı Çardaqlar kənd sakini, 1966-cı il təvəllüdlü Atiqat İmamqazi qızı Məmmədovanın meyiti yaşadığı evin həyətyanı sahəsində tikilmiş tövləsində asılmış vəziyyətdə yaxınları tərəfindən aşkar edilib.
Rayon hüquq-mühafizə əməkdaşlarının araşdırması zamanı 49 yaşlı A. Məmmədovanın intihar etdiyi məlum olub. İntiharın səbəbləri həllik məlum deyil.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.