Cənub Afrikada Alfred Mokoena adlı bir müəllimin 4 il əvvəl, 16 yaşlı şagirdi ilə cinsi əlaqəyə girməsinin ardından DNT nəticələri yaşanan rüsvayçılığın ölçüsünün təxminlərdən çox daha böyük olduğunu ortaya çıxarıb.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hamilə qalan Nonhlanhla Nxumalo adlı şagird uşağının atasının müəllimi olduğunu söyləməsindən sonra DNT analizi aparılıb.
Test nəticəsində, Nxumalonun atasının elə Mokoena olduğu ortaya çıxıb. Bu səbəbdən müəllimlikdən uzaqlaşdırılan Mokoena qızından cinsi əlaqə üçün istifadə etməsindən peşman olduğunu söyləyib. O, həmin şagirdin vaxtilə yaşadığı qadından doğulan öz qızı olduğunu bilməyib: “O mənim şagirdim idi və mənə müəllimi olaraq hörmət edirdi. Gənc idi və mənim dediyim hər şeyə inanırdı”.
2011-ci ildə reallaşan hadisədən uşağı doğan Nxumalo başlanğıcda uşağın şikəst doğulacağından narahat olduğunu, ancaq uşağın sağlam olduğunu söyləyib. Nxumalo uşağının atası ilə əlaqədar suallarını cavablandırmaqda çətinlik çəkəcəyini deyib: “Ona atasının babası olduğunu necə izah edəcəyəm?”.
Modern.az