Goranboyda direktorlar təhsil şefinin əlindən özlərini asmaq istəyirlər

27-04-2015, 21:29   
Goranboyda direktorlar təhsil şefinin əlindən özlərini asmaq istəyirlər

Anar Mayılov müxtəlif bəhanə ilə orta məktəb rəhbərlərindən pul alır. Bir müddət əvvəl Goranboy Rayon Təhsil Şöbəsinin (RTŞ) müdiri Anar Mayılovla bağlı ilginc məlumatlar yayılmışdı. Həmin məlumatlara görə, Goranboy Təhsil Şöbəsinin müdiri Anar Mayılov təhsil naziri Mikayıl Cabbarovun rayona səfərindən sonra kənd məktəblərinin direktorlarını şübhəli şəkildə dəyişməyə başlayıb. Məlumatda həmçinin nazir Mikayıl Cabbarovun Goranboyda olduğu zaman ona edilən şikayətlərdən heç birinə baxılmadığı da bildirilib. Xalqxeber.Az-ın araşdırmalarına görə, bir müddət əvvəl təhsil naziri Mikayıl Cabbarov Goranboyda səfərdə olub və görüşlər keçirib. Həmin görüşlərdən isə rayon təhsil şöbəsinin müdiri qazanclı çıxıb. Belə ki, nazirin qəbuluna düşmək istəyənlərdən pul alınmasından tutmuş, məktəb direktoralırını dəyişməsinə qədər, hər şey baş verib. Məlumatlarda vurğulanır ki, təhsil şöbəsinin müdiri Anar Mayılov nazir rayondan gedən kimi, Yenikənd, Yeniyol, Dəyirmanlar kəndlərinə yeni məktəb direktorları təyin edildi. Şöbənin özündə isə belə bir fikir dolaşır ki, Anar Mayılov bu işi müəyyən təmənna müqabilində edib. Rayonda 60 ümumtəhsil məktəbi var və direktorların hazırda öz vəzifələrini qoruyub saxlamaq məsələsi müzakirə olunur. Anar Mayılovun heç bir pedaqoji təhsili olmayan yaxınları rayon ərazisində keçirilən məktəblərin ümumi yoxlamasına rəhbərlik edirlər. Elə ilk narazılığ da bu yaradıb. Heç bir pedaqoji təhsili olmayan şəxslərin məktəb yoxlamalarına cəlb olunması isə narazılıq yaradıb. Onlardan biri Şahmat məktəbinin direktoru Elçin adlı şəxsdir. Digəri isə Eyvazalılar məktəbinin direktoru Göyüş müəllimdir. Xalqxeber.Az-ın əldə etdiyi məlumatlarda vurğulanır ki, Təhsil Nazirliyindən rayona gələn yoxlamanı razı salmaq üçün Goranboy təhsilinin şefi bütün orta məktəb direktorlarının maaşlarının yarısını kəsib. Buna etiraz edən müəllimlər isə cəzalandırılıb. Prosesin yenə davam etdiyi, Anar Mayılovun müəllim və direktorlardan pul istədiyi vurğulanır. Məlumatlara görə, bu məbləğlər məktəblərin həcminə görə dəyişir.

Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək istəsək də, bütün cəhdlərimiz uğursuz alındı. Buna rəğmən, şöbə müdirinin də fikirlərini işıqlandırmağa hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar