Göyçayda səhiyyə rəzaləti: Həkimlər 27 yaşlı qızı ömürlük şikəst edib

30-04-2015, 09:30   


Əhmədovlar ailəsi isə baş həkim Famil Zeynalov və həkimlərdən şikayət etdikləri üçün polis tərəfindən saxlanılıblar

Göyçayın Çərəkə kəndi sakinləri Akif və Tükəzban Əhmədovların övladları həkim səriştəsizliyinin quranı olub. JAM.AZ-a müraciət edən sözügedən şəxslər bildirirlər ki, 1,6 ay bundan əvvəl 27 yaşlı qızları Aygün Göyçay Mərkəzi Xəmtəxanasında əməliyyat edilib və o gündən bəri ayağa dura bilməyərək, yataq xəstəsinə çevrilib.

Akif Əhmədov bildirir ki, uşaqlarını bədbəxt edən həkimlərlə bağlı şikayətçi düşsələr də, məsələni araşdıran qurumlar səriştəsiz həkimlərdən pul alaraq, işi ört-basdır edib. «2013-cü ilin noyabr ayında qızım xəstələndi deyə Göyçay Mərkəzi Rayon Xəstəxanasında Vladimir həkim müayinə etdi və iki iynə yazdı. Həmin iynələr vurulandan sonra bərk ağrılar başladı deyə, bizə demədən Rövşən adlı həkim cərrahiyə əməliyyatı edib. Hansı xəstəliyə görə 7 saat 30 dəqiqə cərrahiyə əməliyatı edilməsi barədə bizə heç bir məlumat verilmədi. Həmin gündən qızımız sağalmaz, tam hərəkətsiz şəkildə yataq xəstəsi olub. Həkimlər isə başdan edib deyirlər ki, narahat olmayın qızınız ayılacaq».

Göyçay sakini bildirir ki, 17 dekabr 2014-cü ildə xəstəni Bakıdakı 2 saylı Klinikada stasionar qaydada müalicə etsələr də, heç bir irəlləyiş olmayıb. «Orada da Sevda adlı həkim 800 manat pulumuzu aldı. Hətta dediyi 1200 manat puldan 400 manat çatmadığı üçün xəstə qızımızın şəxsiyyət vəsiqəsini qaytarmadı, girov saxladı».

JAM.AZ xəbər verir ki, Əhmədovlar övladlarının başına gələnlərdən şikayətçi düşdükləri üçün özləri təzyiqə məruz qalıblar. «Bizim ailə Göyçay Mərkəzi Xəstəxanasının həkimlərinin bu qanunsuzluqları barədə orqanlara etdiyimiz şikayət ərizələrimizi pul gücünə ört-basdır edilib. Hətta şikayət etdiyimiz üçün bizi Göyçay RPŞ-də saxlayıblar.

Akif Əhmədov və Tükəzban xanım Göyçayın baş həkimi Famil Zeynalovun, həkimlərdən Rövşən, Vladimir və Sevdanın məsuliyyətə cəlb olunmasını tələb edirlər.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar