Yevlaxda iki qanlı hadisə baş verib. Axar.az-a daxil olan özəl xəbərə görə, rayonun “Aeroport” adlanan qəsəbəsinin sakini, 1989-cu il təvəllüdlü Cavid Knyaz oğlu Cumayevə üzündən və ürək nahiyəsindən bıçaqla zərbələr endirilib. Zərərçəkən Yevlax Mərkəzi Xəstəxanasına çatdırılıb. C.Cumayevə mübahisə zəminində üzündən xəsarət yetirilib. Ehtimal olunur ki, C.Cumayev kriminal mübahisənin qurbanı olub. Məlumat üçün deyək ki, bıçaqla onun üzünə xəsarət yetirilməsi kriminal çevrələrdə “üzün yazılması” adlanır. Belə əməllər xüsusi göstərişlə icra edilir. *** Digər cinayət əməlini isə Yevlaxda “Çeçen Matı” kimi tanınan şəxsin oğlu Orxan Əliyev törədib. O, İlkin Rəhman oğlu Abışovu bıçaqlayıb. Həkimlər İlkinin həyatını xilas edə biliblər. Araşdırmalar zamanı məlum olub ki, hadisə şəxsi münasibətlər zəminində baş verib. Hazırda onun tutulması üçün əməliyyat axtarış tədbirləri keçirilir.