Biləcəri camaatı etiraza qalxdı: SAXTA SƏNƏD QİYAMI

1-05-2015, 16:56   
Biləcəri camaatı etiraza qalxdı: SAXTA SƏNƏD QİYAMI


İlham Xəlilovun verdiyi sənədlər saxta olması səbəbindən Əmlak Komitəsi tərəfindən rədd edilir, əhali bələdiyyə sədrinə qarşı imzatoplama kampaniyasına başlayır

Ötən günlərdə Biləcəri bələdiyyəsində ciddi qanun pozuntularının olduğu, vətəndaşlara satılmış torpaqlara verilmiş sənədlərin isə saxta çıxdığı barədə məlumat vermişdik. Bildirmişdik ki, bələdiyyə sədri İlham Xəlilovun «gərgin əməyi»nin bəhrəsi olan vəziyyətdən çıxış yolu əvəzinə, yeni torpaq sahələrinin satılması üçün yeni planlar qurulur.

JAM.AZ-a daxil olan son bilgilərə görə, Biləcəri Bələdiyyəsi tərəfindən vətəndaşlara verilmiş torpaq sənədlərinin saxta olduğunu Dövlət Əmlakını İdarəedilməsi Komitəsi də təsdiqləyib. Belə ki, son bir həftə ərzində həm bələdiyyədən, həm də Binəqədi İcra Hakimiyyətindən alınmış rəsmi kağızlar və digər arayışlarla birlikdə Əmlak Komitəsinə müraciət etmiş vətəndaşlara oradan bildiriblər ki, özəlləşdirmə və kupça almaları üçün Biləcəri Bələdiyyəsi onlara alqı-satqı müqaviləsinin surətini təqdim etməlidir.

Lakin vətəndaşlar bununla bağlı bəldiyyə sədri İlham Xəlilova müraciət etsələr də, mənfi cavab alıblar. Daha doğrusu, bələdiyyə sədri satdığı torpaqların sahiblərinə deyib ki, o, alqı-satqı müqaviləsi verə bilməz. Hətta bunun mümkün olmadığını da vurğulayıb. JAM.AZ-a şikayət edən vətəndaşlar bildiriblər ki, məsələ ilə bağlı məhkəməyə müraciət etməyə hazırlaşırlar. Eyni zamanda, İlham Xəlilovun bələdiyyə sədrliyindən çıxarılması üçün imza toplamağa başlayacaqlar.

Bu əsnada İlham Xəlilovun vətəndaşların torpaqlarını qeyri-qanuni olaraq başqasına satması halları da var. Xüsusən də dünyasını dəyişmiş şəxslərin torpaqlarını satması səbəbindən artıq bir neçə dəfə məhkəməyə çəkildiyi deyilir. Hazırda da bununla bağlı daha bir məhkəmə prosesi davam edir.

Mövzu ilə bağlı növbəti araşdırmamızı yaxın günlərdə yayımlayacağıq. Qarşı tərəfi də dinləməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar