Tural Mustafayev müraciət yaydı: Elə şəxslərin adını çəkdi ki... VİDEO
2-05-2015, 15:48
Xədicə İsmayılı tutduran Tural Mustafayev başına gətirilənlərlə bağlı şok videomüraciət yayıb. Turla Mustafayev, Xədicə İsmayıl haqda yazdığı şikayət ərizəsini Bakı şəhər prokrorunun 1-ci müavini Azər Əsgərov və prokrorluğun müstəntiqi Vaqif Süleymanovun təzyiqləri altında yazdığını açıqlayıb. Tural Mustafayev videomüraciətdə eyni zamanda, Xədicə İsmayıla qarşı yalnız ondan yox, şantaj və zor tətbiq etməklə digər şəxslərdən də ifadə alındığını bildirir. O, Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzi tərəfindən hədələndiyinə baxmayaraq, Xədicə İsmayıla qarşı şikayətini geri götürdüyünü qeyd edib. Tural Mustafayev hazırda Göyçay rayonunda, özlərinə məxsus evdə yaşadığını bildirib. Həmin müraciəti təqdim edirik: