Kəmaləddin Heydərova yeni “fövqəlgörəv”

4-05-2015, 17:04   
Kəmaləddin Heydərova yeni “fövqəlgörəv”

Netin qiymətinin aşağı düşməsi Azərbaycan hakimiyyətini alternativ tədbirlərin həyata keçirilməsi işini sürətləndirməyə sövq edib. Artıq bu yöndə əhəmiyyətli addımların atıldığı görülməkdədir: bir neçə gün əvvəl, Prezident İlham Əliyevin aqrar sektorun inkişafına təkan verəcək fərman və sərəncamlarının ardınca, bu gün aqrar sektorun dirçəlidlməsinə yönəlik daha bir ciddi layihəyə start verilib. Belə ki, mayın 2-də Qəbələ rayonunda aqrar sektorda son yenilikləri və imkanları özündə əks etdirən “Tarla günləri” adlı beynəlxalq tədbirin açılış mərasimi olub.
Xəbər agentliklərinin yaydığı məlumata görə, mərasimdə 50 yerli və xarici şirkət, o cümlədən 2000-ə yaxın nümayəndə heyəti iştirak edir. Qeyd edək ki, “Tarla günləri” layhisənin keçirilməsində əsas məqsəd aqrar sektordakı son yeniliklər və imkanları təqdim etməklə yanaşı, bizneslər, istehlakçılar və ixracatçıları birləşdirməkddir. Burada əsas üstünlük aqrar sektor üzrə texnologiya və sənayedəki yeniliklərə verilir.
“Tarla Günləri”nin təşkili ilə Azərbaycan qonşu Türkiyə və digər ölkələrin təcrübələrindən istifadə edərək, ölkə aqrar sektorun inkişafı üzrə dövlət siyasətinə dəstək verə, regionların sosial-iqtisadi inkişafına yardım edə, kiçik və orta sahibkarlığın, xüsusilə fermer və ailə təsərrüfatlarının inkişafını təşviq edə, biznes subyektləri üçün kənd təsərrüfatı barədə daha dəqiq və daha asan məlumat əldə etmək imkanı yarada və vətəndaşlara (istehlakçılara) aqrar sektorun potensialı haqqında dolğun və ucuz informasiya çatdıra biləcək.
“Tarla Günləri” layihəsi çərçivəsində Qəbələ rayonunda aprel-oktyabr tarixində 28 hektar torpaq sahəsində kənd təsərrüfatı ilə məşğul olan hər bir sahibkar 6 ay ərzində məhsullarının əkib becərmələrini də nümayiş etdirə biləcəklər. Bununla yanaşı, aqrotexnika ilə məşğul olan şirkətlər də öz texnika və avadanlıqlarını nümayiş etdircəklər.
Qeyd edək ki, tədbirdə hökumət təşkilatları, xarici ölkə səfirlikləri, ictimai birlik nümayəndələri və kənd təsərrüfatı sektorunda çalışan sahibkarlar da iştirak edirlər. İşin maraqlı tərəfi odur ki, bu layihəni Kənd Təsərrüfatı Nazirliyi həyata keçirsə də, tədbirin təşkilində Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova yaxın şirkət və şəxslərin daha çox fəallıq etdiyi nəzərə çarpıb. Belə görünür ki, axsayan sahələrin dirçəldilməsi işində fövqəladə təşkilatçılıq bacarığına malik Kəmaləddin Heydərovun indi də aqrar sahəyə yönləndirilməsi təsadüfi deyil və biz çox yaxın zamanlarda bu sektorda ciddi irəliləyişlərin, nailiyyətlərin şahidi olacağıq.(strateq.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar