Masallıda oğruların tutulması üçün “komendant saatı” qoyulub

4-05-2015, 17:22   
Masallıda oğruların tutulması üçün “komendant saatı” qoyulub

Masallının Boradigah qəsəbəsində qeyri-rəsmi komendant saatı hökm sürür.

Musavat.com-a rayondan verilən xəbərdə bildirilir ki, buna səbəb son bir-neçə ayda qəsəbədə baş verən çoxsaylı oğurluq hadisələridir. Bu oğurluqlar nəticəsində vətəndaşlara böyük məbləğlərdə ziyan dəyib.

Eyni zamanda əhali arasında haqlı olaraq bir təlaş yaşanır. Çünki qarşısı alınmayan oğurluqlar başqa, daha ağır cinayət əməlləri ilə müşayiət oluna bilər.

Mənbənin məlumatına görə, yerli sakinlər oğruların tutulmasında polisin effektli tədbirlər görə bilmədiyini düşünür. Vəziyyət o həddə çatıb ki, əhalinin bir qrupu Boradigah Polis Şöbəsinə gedərək izahat istəyib, oğurluq hadisələrinin üstünün açılmamasının səbəbləri ilə maraqlanıb. Şöbə rəisi isə ona 1 ay vaxt verilməsini istəyib.

Bundan sonra nəzarəti gücləndirən yerli polis ərazidəki çayxanalara gecə saat 12-dən sonra işləməyə qadağa qoyub. Lakin mənbə bildirir ki, bu metod da camaatda narazılıq yaradıb.

Məsələ ondadır ki, gecə saatlarda şəxsi işləri ilə əlaqədar yollarda olan vətəndaşlardan bəzilərinin saxlanılaraq polis şöbəsinə aparılanların olduğu deyilir.

Qəsəbə ərazi nümayəndəliyinə daxil olan digər kəndlərdə - Mollaoba, Babaser kəndlərində də eyni vəziyyətdir.

Oğrunun və ya oğruların zərərsizləşdirilməsi adı altında tətbiq edilən bu üsul yerli əhalidə başqa bir narahatlıq yaradıb və insanlar bu yolla problemin həll olunacağına şübhə edirlər.

Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.