Bakıda cinsi azlığı döyən- “Elə bildik qızdır, apardıq dağa...” (VİDEO)

5-05-2015, 13:32   
Bakıda cinsi azlığı döyən- “Elə bildik qızdır, apardıq dağa...” (VİDEO)
Bakıda iki dost müştəri kimi tanış olduqları cinsi azlıq nümayəndəsinə qarşı soyğunçuluq törədib.

ANS PRESS APA TV-yə istinadən məlumat verir ki, hadisə Nizami rayonu ərazisində baş verib.

Elvin Akif oğlu Ağaverdiyev dostu Ramin Rafiq oğlu Lətifovla birlikdə gecə saatlarında avtomobillə gəzərkən "Xalqlar Dostluğu" metro stansiyasının yaxınlığında cinsi azlıq nümayəndəsi Vüsal Həsənqulu oğlu Şahbazov ilə tanış olublar. Onlar Vüsal Şahbazovu avtomobilə əyləşdirərək, ağaclıq sahəyə aparıblar.

Saxlanılan Elvin Ağaverdiyev hadisənin təfərrüatını belə açıqlayıb: "Dostumla gəlirdik. İçkili idik. Elə bildik qızdır. Oturduq maşına, apardıq dağa. Orada bildik ki, oğlandır. Döydük, telefonunu və pulunu aldıq"

Nizami rayon Polis İdarəsinin baş müstəntiqi Ramin Əliyevin sözlərinə görə, saxlanan şəxslər Vüsal Şahbazovun 443 manat pulunu və iki telefonunu alıblar: “Avtomobillə Vüsal Şahbazovu ağaclıq sahəyə apararaq, onun 443 manat nağd pulunu və iki ədəd telefonunu əlindən alıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 180.2.1 maddəsi ilə cinayət işi başlanılıb".

Vüsal Şahbazov hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsinə şikayət edib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ramin Lətifov isti izlərlə saxlanılıb və məhkəmə qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. O, artıq istintaq təcridxanasındadır. Hadisənin digər iştirakçısı Elvin Ağaverdiyevi isə dərhal saxlamaq mümkün olmayıb. Hadisədən bir gün sonra o, Azərbaycan Respublikası ərazisini qatarla tərk etməyə çalışarkən polis əməkdaşları tərəfindən Qusar rayonu ərazisində tutulub. Dünən onun da barəsində həbs-qətimkan tədbiri seçilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.