O ki qaldı mənim bir vaxtlar Heydər Əliyevi müdafiyə etməyimə, qəbul edin ki...

7-05-2015, 21:53   


Əziz və dəyərli dostlarım!
Siz bilirsiniz ki, mən 2 ildən artıqdır Almaniyada muhacir həyatını yaşamaga məcburam. Açığını desəm bu müddət mənim üçün çətin və sınaq dövrü olsa da, bir çox xüsusi önəm daşıyan məsələlərə aydınlıq gətirmişdir. Onlardan biri mənim Avropada siyasi muhacir statusu almağım və ən başlıcası pozulmuş hüquqlarımın bərpası və İnterpoldakı axtarışımın dayandırılması faktıdır.
Sizə oda məlumdur ki, mən buradan diktator Əliyevin mənə qarşı yönəltdiyi absurdla dolu süfarişli ittihamlarını ifşa etmiş ve KİV-nə bu barədə yetərincə açıqlamalar da vermişəm.Yeri gelmişkən, açıqlamalarıma ve statuslarıma yazdıqınız obyektiv kommentlərə və dəstəyinizə görə, sizlərə sonsuz məhəbbətimi, elecə də dərin minnətdarlıqımı bildirirəm.
Amma təəsüflər olsun ki, mövcud rejim bəzi yaltaq provokatorların əli ilə sosial mediyada mənimlə baglı əsassız dezinformasiya yayır ve hər fürsətdə suyu bulandırmaga çalışır.
Misal üçün, bu zavallılar iddia edirlər ki, Hüseyn Abdullayev oturub xaricdə ve sadəcə bəyanat verməklə kifayətlənir. Hələ bu azmış kimi, mənə keçmiştə Əliyevlərə göstərdiyim dəstəyə görə iradlarda tuturlar.
Deyəsən, bu adamların yaddaşında ciddi problem olduğundan, nə dedikləinin ferqinə belə varmırlar.
Cənablar, meyər 2007-ci ildə bir millet vekili olaraq, bu hökümətin yarıtmaz ve antixalq siyasətini kəskin tənqid edən və buna görə də uydurma ittihamlarla həbs olunan mən deyilləmmi?
Siz mənə deyin görüm, hansı deputat, hansı nazır və hansı iş adamı bunu etməyə özündə cəsarət tapardı? Bəlkə siz deyəsiz ki, mən bu addımları atamın ve yaxud anamın maraqları üçün atmışam?! Yoxsa onuda inkar edəsiniz ki, hazırki hakimiyyət məndən intiqam almaqdan ötrü, canımın parçası olan Anamı ve Atamı girov saxlamır?!
Əgər sizdə azda olsa utanan üz olsa, bu gədər boş-boş çərənləyib insanları çaş-baş salmazsınız.
Bizim xalqımız çox yaxşı bilir ki, Hüseyn Abdullayevin qətiyyən şəxsi maraqı yoxdur və olada bilməz. Mənim ən böyük maraqım ve arzum varsa, o da dogma Azərbaycanımızı azad, demokratik ve heç bir kəsin iradəsindən asılı olmayaraq xoşbəxt ve firavan yaşamasıdır. Bunu tələb etmək və bu müqəddəs yolda mubarizə aparmag mənim üçün şərəf və ən azından da vətəndaşlıq borçumdur.
O ki qaldı mənim bir vaxtlar Heydər Əliyevi müdafiyə etməyimə, qəbul edin ki, 90-cı illərin əvvəllərində yüz minlərlə insan meydanlara toplaşar, onu müdafiyə edir ve inanıb qoruyurdu. Amma heç kimin ağlına gəlməzdi ki, indiki hakimiyyət sonralar Azərbaycan xalqının hesabına öz yerini bərkidəcək və dönüb xalqın deyil, sadəcə öz şəxsi maraqlarına xidmət etməklə ölkəmizin bütün sərvətlərini talayacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar