Sabiq baş nazirin müavininin oğlu bir nəfəri güllələdi

9-05-2015, 09:02   
Sabiq baş nazirin müavininin oğlu bir nəfəri güllələdi

Polis İstintaq komitəsinin yüksək vəzifəli əməkdaşı Abdul Camalxanovu saxlayıb. Rusiya İstintaq Komitəsinin Moskva şəhəri üzrə müstəntiqi Abdul Camalxanov gecə yarıya yaxın "Karaoke" restoranından çıxan zaman Sergey adlı şəxslə dalaşıb.
Mübahisə vaxtı hüquq-mühafizə orqanlarının əməkdaşı Sergey adlı şəxsi tapançadan atəş açıb və hadisə yerindən "Leksuse GS 300" avtomobili ilə qaçaraq gizlənib.
Aparılan istintaq tədbirləri nəticəsində cinayətkar həbs edilib. Camalxanov Arbat rayon polis bölməsinə aparılıb.
İlkin dindirilmədə müstəntiq Sergeyi öz silahı ilə güllələmədiyini və ona travmatik tapançadan atəş açdığını bildirib.
Bəzi məlumatlara görə, Abdul Camalxanov sahibkarlar arasında korrupsioner kimi məşhurdur. Bir sıra mətbu orqanlarıın məlumatına görə, o rüşvətxorluqla məşğuldur.
Həmçinin Abdul Camalxanov Çeçenistan Respublikasının sabiq baş nazirinin müavininin oğludur.
Hüquq-mühafizə orqanlarında işə başlayana qədər Camalxanov "qızıl Qafqaz gəncləri" sırasına daxil olub və daim paytaxtın məşhur obyektlərində əylənməklə məşğul olub. Onun tez-tez bahalı avtomobillərini dəyişdiyi və nüfuzlu gecə klublarına baş çəkdiyi qeyd olunur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.