Salyanda ana doğuş zamanı dünyasını dəyişib.
Virtualaz.org saytının Şirvan bürosunun müxbiri xəbər verir ki, Neftçala rayon sakini, 1981-ci il təvəllüdlü Səidə Oqtay qızı Məlikova Salyan Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində dünyasını dəyişib. Qadın doğuşdan sonra aparılan əməliyyat zamanı keçinib.
Doğulan uşaq isə sağlamdır. 34 yaşlı Səidə Məlikova iki azyaşlı uşaq anası olub.
Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırmalara başlanıb.
Virtualaz.org