Arif Əsgərovun işçisinə qarşı yeni faktlar təqdim olundu

14-05-2014, 19:30   
Arif Əsgərovun işçisinə qarşı yeni faktlar təqdim olundu
Bildirək ki, həyat yoldaşının bacanağı ilə şübhəli əlaqələrindən bəhs edən və bu əlaqələr səbəbindən həyat yoldaşının bacanağı - Gəncə Dəmiryol İnfrastrukturu Departamentinin Gəncə 5 saylı müəssisəsinin rəhbəri vəzifəsini tutan Aydın Cabbarova qoşulub qaçdığını iddia edən vətəndaş olduqca ilginc ittihamlar da səsləndirmişdi.Gəncə Dəmiryol İnfrastrukturu Departamentinin Gəncə 5 saylı müəssisəsinin rəhbəri vəzifəsini tutan Aydın Cabbarovla bağlı yeni ittihamları təqdim edirik: “Aydın Cabbarov bu müəssisəyə rəhbər gələndən sonra bütün peşəkarları işdən uzaqlaşdırıb və özünə yeni komanda yığıb.

Onun bu siyasətinin arxasında vakansiyalar yaradıb, ora pulla başqa işçilər götürmək istəyi dayanır. İndiyədək ixtisar edilən işçilərin sayı artıq 120 nəfəri ötüb. Bir tərəfdən ixtisar edir, digər tərəfdən də yeni işçilər götürür”.

Bu iddialar 5 saylı müəssisənin ixtisara salınan bir qrup işçisi tərəfindən KİV-ə, o cümlədən bizim redaksiyaya ünvanlanmış şikayət məktublarında ortaya qoyulmuşdu. Həmçinin şikayətçilər bildirmişdilər ki, onlar məsələ ilə bağlı bir neçə dəfə mətbuata şikayət ediblər, lakin heç bir faydası olmayıb: “...əksinə, Aydın Cabbarovun 5 saylı müəssisə kimi strateji əhəmiyyətli və 1000 nəfər işçisi olan qurumun rəhbəri olaraq yol verdiyi vəzifə səlahiyyətlərini aşma halları getdikcə daha da artır. Onun Ağstafa 7 saylı dəmiryol distansiyasının rəisi olarkən hansı əməllərdən çıxdığını bilən hər kəs, belə bir şəxsin məsul vəzifədə indiyədək qalmasına çox təəccüblənir...

” Daxil olan digər məlumatlarda bildirilir: “Dəmir yolunda korrupsiya artıq dözülməz həddə çatıb. Yük və sərnişin daşınmaları artdıqca, işçilərin sosial durumu pisləşir.

Daşınmadan əldə edilən gəlirlər və büdcədən ayrılan investisiyalar mənimsənilir, dövlət əmlakı talan edilir. Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindəki mənbə məlumat verib. Mənbə bildirir ki, oliqarxların himayəsində olan iri şirkətlərə aid yüklər faktiki pulsuz daşınır. Bu şirkətlərin himayədarları ilə QSC rəhbərlərinin gizli sövdələşməsi nəticəsində yalnız rəhbərliyin cibinə milyonlar axır, hesaba isə qəpik-quruş keçirilir. Mənbə bildirir ki, bununla bağlı şübhəli əməliyyatlara QSC sədrinin birinci müavini Əlirza Süleymanov rəhbərlik edir. Ə.Süleymanovun müəssisədə dövlət əmlakının talan edilməsində müstəsna rolu var...” Məlumatlarda ən sensasiyalı məqam isə ölkə daxili yük daşımalarının rəsmi statistikası ilə bağlıdır. Belə ki, rəsmi statistikaya görə, iqtisadiyyatın donuq vəziyyətdə olduğu 1995-ci ildə ölkə daxilində 7,3 milyon ton yük daşınıb.

Bunun müqabilində isə ölkəmizin dinamik inkişaf etdiyi 2012-ci ildə bu göstərici 33 faiz azalaraq 4,9 milyon tona enib. Belə çıxır ki, dəmiryolu vasitəsi ilə ölkəyə daxil olan yüklərin əhəmiyyətli kəsiminin qeydiyyatı aparılmır və buradan gələn gəlirlər mənimsənilir. Bir müddət öncə mediada belə bir məlumat yayımlanmışdı ki, ölkənin iri holdinqlərinə məxsus yüklər qeydiyyata alınmır, yəni daşınma haqları nağd şəkildə dəmiryolu boslarının cibinə axır. Statistikanın analizi də bu məlumatın gerçək olduğunu təsdiqləyir. Burada artıq yüz milyonların mənimsənilməsindən söhbət gedir. Təbii ki, yuxarı dairələrdə müşahidə olunan belə hərc-mərciliyin fonunda dəmiryollarının daha kiçik çinli məmurları tərəfindən yol verilən qanun pozuntuları da təəccüb doğurmamalıdır. Bu pozuntulardan bir qismi də öz təzahürlərini ən dolğun formada Gəncə 5 saylı müəssisəsi rəhbərliyinin yarıtmaz fəaliyyətində tapır.

Qarşı tərəfi də dinləməyə hazırıq...
bizimdovr.az
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.