İntihar edən məktəblinin anasından – Müraciət

13-05-2015, 23:35   
İntihar edən məktəblinin anasından – Müraciət

Ötən ilin fevralında intihar edən məktəbli qızın anası baş prokurora müraciət edib. Axar.az xəbər verir ki, 1999-cu il təvəllüdlü Çinarə Əliyevanın valideyni Rufanə Hacıyeva müraciətində övladının təhsil aldığı məktəbdə intihar səbəblərinin araşdırılmasını Baş prokuror Zakir Qaralovdan nəzarətə götürməyi xahiş edib. Valideyni Bakının Nəsimi rayonundakı 164 saylı orta məktəbində oxumuş Çinarənin özünü binanın 5-ci mərtəbəsindən atmasına səbəb kimi məktəbdə üzləşdiyi problemləri göstərib. Müraciətdə bildirilir ki, işə Nəsimi Prokurorluğunda baxılsa da, istintaqın nəticəsi onu qane etməyib: “Mən təhsil nazirinə müraciətimdə orda baş verənlərin onda birini bildirmişəm. Ekspertiza müəyyən edib ki, qızım intihar zamanı anlaqlı olub, bu, ölümqabağı məktubdan da görünür”. Xatırladaq ki, qızın üzərindən anasına yazdığı məktub aşkarlanmışdı. Ç.Əliyeva rus dilində yazdığı məktubda anasını çox sevdiyini qeyd etmişdi: “Ana, sən çox yaxşı anasan, səni çox sevirəm. Heç nəyi aydınlaşdırmayın, sadəcə məni dəfn edin. Həyatını Emilya üçün davam elə”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.