Bakıda iki ailə arasında dava qanlı sonluqla bitib. Məlumata görə, hadisə Suraxanı rayonunun Zığ qəsəbəsində qeydə alınıb. Cumhuriyyet.az anspress-ə istinadən xəbər verir ki, Bakı şəhər sakinləri – Hacıbağır Bağırov, atası Ehtiram Bağırov və qonşusu Rüstəm Qurbanovla digər qonşular Ənnağı və Zaur Baxışov qardaşları arasında mübahisə yaranıb. Mübahisə böyüyərək davaya çevrilib və Ənnağı Baxışovla qardaşı Zaur Baxışov bıçaqlanıb. Ənnağı Baxışov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Zaur Baxıov isə xəstəxanaya yerləşdirilib.
Sakinlərin bildirdiyinə görə, aralarında dava düşən qonşuların əvvəldən münaqişəsi olub. Lakin qanlı sonluqla bitən son hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Hadisəni törətməkdə şübhəli bilinən hər üç şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Təfərrüatlar Suraxanı rayon prokurorluğu tərəfindən araşdırılır.