Şəkidə 45 yaşlı qadın çörək bişirən zaman təndirə yıxılaraq yanıb. Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, rayonun Kiçik Dəhnə kənd sakini, 1970-ci il təvəllüdlü Rübabə İkram qızı Həsənova yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 45 yaşlı Rübabə Həsənova yaşadığı evdə çörək bişirəndə təndirə yıxılıb. Ailə üzvləri tərəfindən təndirdən çıxarılan Rübabə Həsənova xəstəxanaya yerləşdirilib. Rübabə Həsənovaya sağ yuxarı ətrafın, sol saidin və sağ pəncənin 2-ci dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, vəziyyəti orta-stabil qiymətləndirilir.