Bakıda restoranda oğlan evi ilə qız evinin dalaşmasının səbəbi məlum olub.
"Qafqazinfo" anspress-ə istinadən xəbər verir ki, Nizami rayon Polis İdarəsindən bildirilib ki, davaya səbəb kişinin qadına söz atması olub. "Toy zamanı kişi yarızarafat, yarı gerçək qadına söz atıb. Qadın kişinin sözünə kobud cavab verib. Nəticədə kişi onu vurub.
Hadisə nəticəsində bir neçə nəfər saxlanılıb. Onların izahatı alınıb və evə buraxılıblar.
Qeyd edək ki, hadisə “Şam bağı” restoranında olub.
“Qafqazinfo”