Ankara polisində vəzifəli polis məmuru B.D. həyat yoldaşı və 11 yaşlı qızını öldürdükdən sonra intihar edib. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, alınan məlumatlara görə, Mamak Rayon Polis İdarəsində vəzifəli polis məmuru 41 yaşlı B.D. hələ müəyyən olunmayan bir səbəbdən 32 yaşlı həyat yoldaşı D.D. və 11 yaşlı qızı Z.D.yə tapançası ilə atəş açmağa başlayıb. D.D. hadisə yerində həyatını itirərkən, 11 yaşlı Z.D. isə ağır yaralanıb. B.D. daha sonra silahla özünü vuraraq intihar edib. Ağır yaralı olaraq xəstəxanaya çatdırılan 4-cü sinif şagirdi olan Z.D. də bütün müdaxilələrə baxmayaraq xilas edilə bilməyib.
Hadisə ilə əlaqədar geniş istintaq başlayıb. Polis məmuru B.D.nin son dövrdə maddi sıxıntı içinə girdiyi və yaxınlarından borc istədiyi bildirilib. Polis məmurunun maddi sıxıntıları üzündən sarsıntı keçiridği ehtimal edilir.bizimyol