Strateji Araşdırmalar Mərkəzi rəhbərinin qardaşı pul yumaqda şübhəli bilinir

23-05-2015, 16:21   
Strateji Araşdırmalar Mərkəzi rəhbərinin qardaşı pul yumaqda şübhəli bilinir
Saxlanılan bankir Fərid Məmmədov bir müddət əvvəl DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsindən çıxıb.

Bu məlumatı virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələr verib.

Məlumata görə, Fərid Məmmədov pul yuyulmasında şübhəli bilinir.

* * *14:07

DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi “Bank Technique”dəki iri maliyyə maxinasiyaları ilə bağlı araşdırma aparır.

Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələrdən məlumat verilib.

Qeyd edək ki, bankın Xəzər filialı “pul yuyulması”nda ittiham olunur.

Məlumata görə, “Bank Technique”nin Müşahidə Şurasının üzvü Rauf Ağayev sorğu-sual ediləndən sonra sərbəst buraxılıb. Saxlanılan digər şəxslər isə hələ də “Bandotdel”dədir.

* * *12:30

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, Fərid Məmmədov dünən - mayın 22-də həbs edilib.

"Bank Technique"nin (köhnə “Texnikabank”) Xəzər filialının rəhbəri olan Fərid Məmmədov vurulmuş məmurlardan olan Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin sədri Fərhad Məmmədovun qardaşıdır. Yada salaq ki, Azərbaycandakı nurçular sektasının başçısı Elnur Aslanovun yaxın adamlarından sayılan Fərhad Məmmədovun adı bundan əvvəl siyasi qalmaqalda hallanıb. Həmin qalmaqal nurçuların siyasi hakimiyyətə təzyiqi məsələsi ətrafında yaranmışdı.

Fərid Məmmədov “Bandotdel” əməkdaşları tərəfindən saxlanıb.

Bankdakı mənbədən daxil olan məlumata görə, Fərid Məmmədov həbs ediləndə onun kabinetindən 4 milyon dollar nağd pul çıxıb.

Mənbənin sözlərinə görə, Fərid Məmmədovdan sonra "Bank Technique"nin Müşahidə Şurasının üzvü Rauf Ağayev də həbs edilib.

* * *12:14

Bu dəqiqələrdə virtualaz.org saytının redaksiyasına sensasion informasiya daxil olub.

Məlumata görə, DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi (“Bandotdel”) Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun qardaşı Fərid Məmmədovu saxlayıb.

Fərid Məmmədov "Bank Technique"nin (köhnə “Texnikabank”) Xəzər filialının rəhbəridir. Təfərrüatlar haqda az sonra oxuculara məlumat verəcəyik.

Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar