Dəlidən doğru xəbər “Jurnalistləri Abutalıbovun Türkandakı 5 mərtəbəli villasına dəvət edirəm”

23-05-2015, 17:06   


Paytaxtın “Azadlıq” prospektində baş vermiş yanğınla bağlı ən çox ittiham olunan şəxslərdən biri də Bakı meri Hacıbala Abutalıbovdur. Müasir Müsavat Partiyasının rəhbəri Hafiz Hacıyev məsələ ilə bağlı Moderator.az-a açıqlama verərək yanğının baş verməsində Hacıbala Abutalıbovu suçlayıb:

“H. Abutalıbov özünü “sudan quru” çıxarmaq istəyir, bizim qərargah yanan binanın yaxınlığındadır. Binada təmir işləri gedən zaman onun qabağında “Binada təmir işləri Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən aparılır” stendi vurulmuşdu, gündə beş dəfə görürdüm bu yazını. Bütün məsuliyyət Abutalıbovun üzərindədir. Hacıbala Abutalıbov anormal insandır, o, fəlakəti FHN-nin üstünə atır, halbuki mən bina yanan zaman orda idim. Fövqəladə Hallar Nazirliyinin işçiləri həyatlarını riskə ataraq insanları xilas edirdilər. Mən jurnalistləri Abutalıbovun Türkan qəsəbəsində olan 5 mərtəbəli villasına dəvət edirəm. Gəlin baxın orda vəhabilər, nurçular, yığışır. Bu adam ölkəmiz üçün təhlükədir. Prezidentə xəyənət edir, mən onu məhkəməyə vermişəm, bütün əməllərini sübuta yetirəcək dəlillərimi yaxın vaxtlarda ictimaiyyətlə bölüşəcəm.”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar