İş adamlarının həbsində qaranlıq məqamlar

28-05-2015, 10:05   
İş adamlarının həbsində qaranlıq məqamlar
«1 milyarda dənizdə ada tikən şəxs banka 57 milyonu qaytara bilməzdi?»

Sahibkarların ardıcıl həbsilə bağlı son hadisələr cəmiyyətdə bir sıra suallar doğurub. Banklara külli miqdarda kredit borcu olan iş adamlarının kütləvi həbsi bu olayların arxasında ictimaiyyətə açıqlanmayan gizli məqamların olduğuna dair şübhələri günü-gündən artırır. Maraqlıdır, həbs olunan iri iş adamları kredit borcuna görə saxlanılmamışdan əvvəl xəbərdar olunub və ya mülki qaydada məhkəmə prosesinə cəlb edilibmi? Yoxsa birbaşa həbs qərarı verilib?

Hüquqşünas Əyyub Kərimov deyir ki, kreditin qaytarılmasıyla bağlı problem yarananda ilk növbədə mülki məhkəmə icraatı qaydasında iş qaldırılır. Əgər dələduzluq faktı varsa, bu halda, cinayət məsuliyyəti seçilir: “Dələduzlaq faktı varsa, o halda cinayət işi açılır və müvafiq məsuliyyət nəzərdə tutulur. Konkret son hadisələrə gəlincə, açıq-aşkar görünür ki, burada ictimaiyyətdən gizlədilən məqamlar var. Həbslərlə bağlı verilən açıqlamalar məsələnin mahiyyətini tam açmadığı üçün konkret hökm vermək çətindir”.
Hüquqşünas deyir ki, sivil qaydada iş aparılsaydı, onların əmlakına həbs qoyula, məhkəmə çəkişməsi yarana bilərdi: “Vətəndaşlar arasında da belə məsələlər müvafiq formada tənzimlənir. Lakin bu şəxslər barəsində həbs qərarı verilib. Bunun nəyə görə olduğunu hüquq-mühafizə orqanları deməlidir. Beynəlxalq Bankdan rəhbəri hələ də azadlıqdadır. Baxmayaraq ki, bütün proseslərə o, rəhbərlik edib. Oradan kredit götürənlər həbs olunursa, maraqlıdır, Cahangir Hacıyev niyə həbs olunmur? Onlara kredit verilməsi barədə bank rəhbərinin göstərişi olmasaydı, onlar bu krediti ala bilməzdi. Kredit verəni deyil, kredit götürəni həbs edirlər. Hacı Ibrahim Nehrəmliyə bu qədər pul kimin göstərişilə verilib? Bu şəxs ”Xəzər adaları"na 1 milyard 157 milyon pul qoyduğunu, onun 57 milyonunu bankdan götürdüyünü, 1 milyard 100 milyonun isə öz vəsaiti olduğunu deyir. Bu qədər pulu necə, haradan qazanmaq olar? “Xəzər adaları”na bu qədər vəsait qoyan adam necə olur ki, banka 57 milyonu qaytara bilmir?"
Əyyub Kərimovun sözlərinə görə, kredit verilməsi və xərcləmələrin qanuna uyğun formada aparılmadığı bəlli olduğu üçün belə addım atılıb: “Bu işdə qaydasız döyüş aparılıb və nəticə də gözlənilən kimi olub”.
Nigar
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar