Qadınların cinsi istismara məruz qoyulmasında iştirak etmiş şəxs tutulub.
Virtualaz.org Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə istinadən bildirir ki, idarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri cinayəti törətməkdə təqsirləndirilən Rzayeva Aidə Alim qızı ilə cinayət əlaqəsinə girərək Azərbaycan vətəndaşı olan qadınların Türkiyənin Ağrı şəhərində cinsi istismara məruz qoyulmasında iştirak etmiş şəxs müəyyən edilib. Əməliyyat tədbirləri nəticəsində həmin şəxs – Mingəçevir sakini, 1977-ci il təvəllüdlü Məmmədova Zəminə Mövsüm qızı tutulub. Faktla bağlı araşdırma aparılır.