Cəlilabad rayonunda gənc qız zəhər içərək intihar edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə axşam saatlarında rayonun Kövüzbulaq kəndində baş verib. 1988-ci il təvəllüdlü Əhmədova Aynur Rafiq qızı el arasında “Qara zəhər” kimi tanınan zəhərli maddəni qəbul edib.
Hadisədən xəbər tutan yaxınları onu xəstəxanaya çatdırsalar da həkimlər gənc qızın həyatını xilas edə bilməyiblər.
Hələ ki, Aynur Əhmədovanın hansı səbəbdən intihar etdiyi məlum deyil. Faktla bağlı Cəlilabad Rayon Prokurorluğunda araşdırma aparılır.
Azər
“Qafqazinfo”