Yaponiyada 8,5 bal gücündə zəlzələ baş verib

30-05-2015, 22:58   
Yaponiyada 8,5 bal gücündə zəlzələ baş verib

Yaponiyada 8,5 bal gücündə güclü zəlzələ baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Yaponiyanın Meteoroloji Agentliyi məlumat yayıb.

Yeraltı təkanlar bir neçə dəqiqə paytaxt Tokioda hiss olunub. NHK telekanalının məlumatına görə, təkanların gücü Yaponiyanın 7 ballıq cədvəlinə əsasən 5 bal təşkil edib.

Məlumata görə, zəlzələnin episentri Sakit okeanda Oqasavara adası yaxınlığında olub (Yaponiya ilə Marian adaları arasında yerləşir). Zəlzələnin ocağı yerin təkindən 590 km dərinlikdə olub.

Zəlzələ ilə əlaqədar sunami xəbərdarlığı elan olunmayıb. Dağıntılar və itki barədə məlumat yoxdur.

Güclü yeraltı təkanlar ölkənin bütün ərazisində hiss olunub.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.