“Təmiz Binəqədi”də qan ləkəsi: 19 may faciəsində Xaləddin İsgəndərovun aşkar günahı

2-06-2015, 22:58   
“Təmiz Binəqədi”də qan ləkəsi: 19 may faciəsində Xaləddin İsgəndərovun aşkar günahı

Azadlıq prospektində yanan binaya baş çəkməyə gələn Bənəqədi İh başçısı Xaləddin İskəndərovla zərərçəkənlər arasında mübahisə yaranıb.İcra başçısına etiraz edən vətəndaşlar onu baş verənlərdən cavabdeh biliblər. Bir bina sakini isə İskəndərova: “Yandırmısan, indi cavab ver!” deyə etirazını bildirib.
Vətəndaşın ittihamı səbəbsiz deyil. Belə ki, məsələ ilə bağlı cumhuriyyet.az olaraq apardığımız araşdırmalar göstərir ki, binaların ən çox təhlükəli materialla üzlənməsi Binəqədi rayonunda aparılıb. Bu da nəticə, ikinci bina məhz Binəqədidə yandı və fəsadı daha faciəli oldu. Tikinti sektorunda gedən proseslərdən kifayət qədər məlumatlı şəxslərin cumhuriyyet.az-a verdiyi informasiyaya görə, binaların sintetiq materiallarla üzlənməsinin başlıca təşəbbüskarlarından biri də məhz Binəqədinin icra başçısı Xaləddin İskəndərov olub. Hər halda, “Təmiz Binəqədi” devizi adı altında köhnə binaların təhlükəli materialla üzlənməsinə Binəqədinin liderlik etməsi bu versiyanı inandırıcı edir və böyük ehtimalla bu, Xaləddin İskəndərovu bitirəcək səbəb olacaq. Xaləddin İskəndərovun penoplasa olan məhəbbətinin əsl səbəbini araşdırmağa çalışacağıq.rr
Binəqədi rayonu Azadlıq prospekti 200/36 saylı binada baş vermiş yanğınla əlaqədar olaraq artıq üç maddə ilə cinayət işi açılıb. Cinayət işində “vəzifə səlahiyyətlərini aşma” maddəsidə var. Hüquqşunüasların dediyinə görə, məlum hadisəyə görə bu maddə ilə cinayət işi açılırsa, bura binanın fəsadını dəyişən şirkətlə yanaşı, bu sifarişi verən və onun icrasına nəzarət etməli olan Binəqədi rayon icra hakimiyyətinin məsul şəxsləri və şəxsən icra başçısı Xaləddin İsgəndərov məsuliyyət daşıyacaq. Buna görə hesab edilir ki, ilk məsuliyyət daşıyan şəxs Xaləddin İsgəndərovdur.
Onu da bildirək ki, bu gün Xaləddin İsgəndərova qarşı olan ittihamların video çəkilişləri Binəqədi rayon icra hakimiyyətinə yaxın şəxslər tərəfindən yığışdırılıb. Amma əlimizdə olan digər bir videoda da vətəndaş icra başçısının günahını açıq aşkar ifadə edir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar