Rusiyada 3 günlük körpəni qarışqalar yeyib. Axar.az xəbər verir ki, qarışqalar tərəfindən yeyilən körpə işə gedən bir nəfər tərəfindən meşəlikdə tapılıb. İşə qısa yolla getmək istəyən adam meşənin ortasından keçəndə körpənin ağlamağını eşidib. Səsin gəldiyi tərəfə gedən adam yarpaqların altından qarışqaların daraşdığı körpə tapıb. Həmin adam körpəni götürərək təcili yardıma zəng vurub, hadisə yerinə gələn səhiyyə işçiləri 3 günlük qız uşağının qarışqalar tərəfindən yeyildiyini və göbəyinin hələ də bağlı olduğunu müəyyən edib. Körpənin xəstəxanaya yerləşdirildiyini bildirən səlahiyyətlilər hadisə ilə bağlı istintaq başladıldığını deyiblər