Seyidcahan: Bilirlər ki, Elza markadır

4-06-2015, 16:43   

“Mənimlə bağlı yazılan bütün xəbərlər reytinq gətirir”.

“Mən yaradıcılığım, uğurlarım barədə danışarkən jurnalistlər sözümü kəsib elə suallar verirlər ki, təəccübümü saxlaya bilmirəm. İstəyirlər ki, müğənni “gic-gic”, ağzına gələni danışsın. Bu onlara sərf edir. O zaman da onu montaj edib, həmin adamı gic kimi təqdim edirlər”.

Oxu.Az xəbər verir ki, bunu Kaspi qəzetinə müsahibəsində müğənni Elza Seyidcahan deyib. O deyib ki, belə halları görəndə çox təəssüf edir:

“Maraqlısı da odur ki, belə xəbərlər internet portallarında çox oxunur, reytinqlər toplayır. Bu xəbərləri hazırlayanlar düşünmürlər ki, onlar öz vətəndaşlarını, sənət insanlarını yüngül göstərməklə öz nüfularına xələl gətirirlər. Sonra da deyirlər ki, siz dediniz, biz də yazdıq.

Ötən il beynəlxalq müsabiqədən dönərkən mətbuat nümayəndələri məndən müsahibə aldılar. Mən də orada qazandığım uğurlardan, nailiyyətlərimdən danışdım. Danışdıqca görürdüm ki, qarşımdakı jurnalist dediklərimə reaksiya vemir. Axırda da mənə dedilər ki, “bizə “Şillə vuran” cavab deyin” anons edək. Başa düşə bilmirəm, bu qədər uğurlardan danışıram, bundan artıq nə deməliyəm? Mənə deyirlər ki, “səhnədə yıxıldım”, “kablkokum sındı, yubkam başıma keçdi” kimi fikirlər səsləndirin. Biz də bunu anons edək... Bəzən məni az qala məcbur edirlər ki, bizə müsahibənizdə günəşə, daşa konsert verəcəyinizdən danışın. Belə vasitələrlə məni insanlara gülünc göstərməyə çalışırlar. Mən belə şeyləri görəndə çox təəccüblənirəm”.

Müğənni deyib ki, onu düşündürən digər məsələ odur ki, niyə hədəflərindəki məhz Elzadır:

“9 milyonun içində niyə məhz mən? Çünki bilirlər ki, Elza ilə bağlı yazılan bütün xəbərlər oxunur, reytinq gətirir. Elza markadır, brenddir. Özümü heç zaman tərifləmməmişəm. Ancaq deyirəm ki, qoy bilsinlər. Onlar məqsədyönlü şəkildə bunu ediblər”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.