Amerikada müəllimlik edən bir ananın övladına qarşı məsuliyyətsizliyi körpənin ölümünə səbəb olub.
ANS PRESS-in məlumatına görə, 38 yaşlı Cemi Bakli 18 aylıq uşağını maşında unudub. Günortadan sonra saat 15:15-də maşına qayıdanda 8 saat maşında qalan qızını ölmüş tapıb.
"Daily Mail"in xəbərinə görə, həmin gün şəhərdə temperatur səhər saatlarında 21° olub. Qadın bu hadisəyə görə heç bir cəza almayıb. Lakin polis bədbəxt hadisə ilə bağlı araşdırma aparıldığını deyib.
Qeyd edək ki, ABŞ-da bu tipli hadisələrə tez-tez rast gəlinir. Təkcə keçən il 30-dan çox uşaq maşının içində qaldığı üçün istidən dünyasını dəyişib.