NATO: “Rusiyanın xarici siyasəti onu məhv edəcək”

16-05-2014, 10:36   

“Rusiyanın separatizmə açıq dəstək verməsi daha sonra öz daxilində separatizmin baş qaldırmasına gətirib çıxaracaq”. Bu sözləri açıqlamasında NATO Tərəfdaşlıq Cəmiyyətinin rəhbəri Fərrux Məmmədov deyib. O, artıq Ukraynada separatçılığın yoxa çıxdığını bildirib: “Ukraynada keçiriləcək 25 may prezident seçkilərindən sonra çox maraqlı hadisələrin şahidi olacağıq. Artıq parçalanma təhlükəsi neytrallaşmaq üzrədir. Donetsk və Luqanskda referendumun keçirilməməsinə Putinin özünün də çağırışlar etməsi artıq bunu deməyə əsas verir. Separatizmin yanlış siyasət olması Rusiyanın yuxarı dairələrində də qəbul edilir və həm də Qərbin tətbiq etdiyi sanksiyalar da əhəmiyyətli rolunu göstərməkdədir. Hadisələrin gedişatı və siyasi təhlillər onu deməyə əsas verir ki, yaxın zamanda Ukraynada separatizm ocaqlarının məhvinin şahidi olacağıq. Rusiyanın separatizmə açıq dəstək verməsi daha sonra öz daxilində separatizmin baş qaldırmasına gətirib çıxaracaq. Bunun nəticəsi isə, Rusiya üçün ağır olacaq. Rusiyanın hazırda düşdüyü situasiyaya da çox ağırdır. Beynəlxalq birlik arasında getdikcə nüfuzdan düşməsi özünün məhvinə gətirib çıxaracaq. Bu da əlbəttə ki, Rusiyanın öz xarici siyasətindəki müəyyən kursda dəyişiklik etmədiyi halda mümkün olacaq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar