Oğlu qəzada ölən restoran sahibi: "Onun heç sürücülük vəsiqəsi də yox idi"

6-06-2015, 17:03   
Oğlu qəzada ölən restoran sahibi: "Onun heç sürücülük vəsiqəsi də yox idi"
Bakıdakı məşhur restoranlardan birinin sahibinin oğlu paytaxtda baş vermiş yol qəzasında dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə,bu barədə kütləvi informasiya vasitələri məlumat yayıblar. Yayılan məlumata görə, “Mersi Bakı” restoranının sahibi Ruslan Zeynalovun oğlu iyunun 5-də Mərdəkan şosesində baş vermiş yol qəzasında ölüb.

17 yaşlı Maqsud Zeynalov “Hyundai” markalı “cip”in sükanı arxasında olarkən idarəetməni itirib və maneəyə çırpılıb. O, elə hadisə yerində keçinib.

Hadisə barədə dəqiq məlumat almaq üçün Ruslan Zeynalovla əlaqə saxladıq. Restoran sahibi ANS PRESS-ə açıqlamasında oğlunun həqiqətən də qəza zamanı dünyasını dəyişdiyini təsdiqlədi. Onun sözlərinə görə, yazıldığı kimi oğlu sükan arxasında yox, arxa oturacaqda olub.

"Maqsudun 17 yaşı vardı. Orta məktəbdə oxuyurdu. Onun heç sürücülük vəsiqəsi də yox idi. O necə maşın sürə bilərdi? Qəzada yalnız Maqsud dünyasını dəyişib", - deyə Ruslan Zeynalov bildirib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.