Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov cəza kamerasına salınıb. Bu barədə İslamazeri.az-a ruhaninin yaxınları məlumat verib.
Vəkili Anar Qasımlı oruc tutduğu halda cəza kamerasına salınan ruhani ilə sabah görüşəcək.
Xatırladaq ki, bir müddət öncə mübariz ruhani saxlanıldığı penitensiar xidmətin 11 saylı cəzaçəkmə müəssisəsində baş verən neqativ halları mətbuata çıxarıb. Bundan sonra onun Qaradağda yerləşən qapalı tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi gündəmə gəlmişdi. Bu gün isə yaxınları AİP liderinin "kars"-a salındığı barədə məlumat veriblər.
Ruhaninin vəkili ilə əlaqə saxlayıb, xəbərin təfərrüatını dərc edəcəyik.
Xatırladaq ki, 2011-ci il oktyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsi Mövsüm Səmədova 12 il iş kəsmişdi.