Şəmsəddin Hacıyevin dekan qızı

16-05-2014, 10:48   

Azərbaycanda yüksək vəzifələr tutan məmurların, tanınmış simaların övladları ilə bağlı məlumatlar tez-tez media vasitəsilə gündəmə gəlir, kimisi haqda yaxşı sözlər danışılır, kimisi barədə isə əksinə...

Cəmiyyətin bütün təbəqələri kimi, vəzifəli şəxslərin, məşhurların övladları arasında nümunəvi davranışları ilə seçilənlər də var və təbii ki, bunun əksinə olanlar da...

Ümumiyyətlə məmurların və məşhurların övladları haqqında bilgilər ictimaiyyətə də həmişə maraqlı gəlib - onlar kimdirlər, harda çalışır, nə işlərlə məşğuldurlar...

Modern.az saytı “Məşhurların övladları” adlı rubrikasında ictimai, siyasi xadimlərin, mədəniyyət, ədəbiyyat, idman və digər sahələrdə tanınmış simaların övladları haqda bilgilərin təqdimatını davam etdirir.

Budəfəki təqdimatımız Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyevin qızı Çeşmi Hacıyeva haqqındadır.

1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvü olan iqtisad elmləri doktoru Şəmsəddin Hacıyev 3 noyabr 2004-cü il tarixində prezidentin sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru təyin olunub. Bu vəzifədə düz 10 il çalışan Ş.Hacıyev bu il martın 5-də rektorluqdan çıxarıldı.

Şəmsəddin Hacıyev 2010-ci ilin noyabr ayında 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Milli Məclisə deputat seçilib. Milli Məclisin Elm və təhsil komitəsinin sədridir. 10 noyabr 2011-ci il tarixində prezidentin sərəncamına əsasən ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.

Sabir rector hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər kafedrasının müdiri vəzifəsini tutur.

Şəmsəddin Hacıyevin 1 övladı var. Deputatın yeganə qızı Çeşmi Hacıyeva da atasının çalışıdığı institutda vəzifə tutur.

Çeşmi Hacıyeva orta təhsili Bakı Avropa Liseyində alıb. 2004-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) beynəlxalq İqtisadi münasibətlər fakültəsinə daxil olub. 2008-ci institutu bitirən Çeşmi xanım bakalavr dərəcəsinə yiyələnib.

Təhsilini 2008-2010-cu illərdə İqtisad Universitetində davam etdirən sabiq rektorun qızı magistr dərəcəsi alıb.

Çeşmi Hacıyeva bu ali təhsil ocağının fəal tələbəsi kimi 2004-2010-cü illər arasında ADİU-da Tələbə Elmi Cəmiyyətinin sədri, eyni zamanda institutun Tələbə Gənclər Təşkilatının sədr müavini olub.

2011-ci ilə sabiq rektorun qızı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda “Azərbaycanın geoiqtisadi modeli” mövzusunda elmi iş müdafiə edərək, iqtisadiyyat üzrə fəlsəfə doktoru alimlik dərəcəsi alıb.

Çeşmi Hacıyeva 2011-ci ilin sentyabrdan Azərbaycan Dövlət İqtisad Universitetində yaradılan Xüsusi İstedadlar Fakültəsinin dekanıdır.

Dekan Çeşmi Hacıyeva deyir ki, fakültənin yaradılmasında məqsəd müasir informasiya və telekommunikasiya texnologiyalarından intensiv istifadə etməklə Amerika və Avropa universitetləri səviyyəsində qabaqcıl təhsil proqramları tətbiq etməkdir: “2001-ci ildə ən yaxşı oxuyan tələbələrdən ibarət qrupların yaradılması və tədrisin ingilis dilində aparılması fikri ortaya çıxdı. Bunlar eksperiment xarakterli qruplar idi. Sadəcə 20 nəfərdən ibarət qruplar fakültə yaradılmasına qədər böyüdü. Harvard. Kembric, Oksford universitetlərinin tədris planları ilə bizim milli tədris planlarımıza uyğunlaşdırıldı və Qərb təhsil sisteminin standartları bu qruplara gətirildi”.

Çeşmi Hacıyeva Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının sədri Seymur Orucovla evlidir. Yeri gəlmişkən, S.Orucov da bu yaxınlaradək İqtisad Universitetində çalışıb. O, 2009-cu ilin noyabr ayından 2014-cü ilədək ADİU-da tərbiyə işləri üzrə prorektor vəzifəsini tutub.

Gənc ailənin bir oğlu var.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar