Bakıda müttəhim məhkəmədə özünü doğradı

11-06-2015, 19:15   
Bakıda müttəhim məhkəmədə özünü doğradı

Bakı Ağır Cinayətlər Məhkəməsində bu gün dəhşətli hadisə baş verib.

Hakim Faiq Qəniyevin sədrliyi ilə keçən məhkəmə prosesində ittiham olunan Xəyyam adlı şəxs məhkəmə zalında, kamerada ülgüclə özünə xəsarət yetirib.

Əldə etdiyimiz məlumata görə, həmin şəxs Cinayət Məcəlləsinin 181-ci maddəsi ilə ittiham olunub və törədilən cinayətdə sürücü qismində iştirak edib.

Prokuror ona 13 il 6 ay iş istədiyinə görə özünə xəsarət yetirib.

Məsələnin maraqlı olan tərəfi odur ki, ittiham olunan şəxs həmin ülgücü hansı vasitə ilə kameraya keçirib. (Femida.az)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.