Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva özünün geyim tərzi ilə bağlı facebook səhifəsində məlumat paylaşıb.
Virtualaz.org saytı L.Əliyevanın geyim tərzi ilə bağlı yazdıqlarını təqdim edir:
* * *
Özüm haqqında
Bəzən biz mağazalara birlikdə gedirik. Lakin çox təəssüflər olsun ki, bu, mənim istədiyimdən çox az hallarda baş verir.
Mən geyimləri ilk növbədə “dəb prinsipi" ilə deyil, “yaraşır-yaraşmır prinsipi" ilə seçirəm. Bizim hər üçümüzün bədən ölçüləri eynidir, ona görə də bəzən biz geyimlərimizi dəyişirik. Anam kimi mən də lakonik, detallarla yüklənməyən saya paltarlara üstünlük verirəm. Hər şeydən çox qara rəngi sevirəm. Məşhur olan, kolleksiyaların hitlərindən daha çox mənə yaraşan geyimləri geyməyə üstünlük verirəm.
Anam haqqında
Anam həmişə nəyi nə ilə geyinməli, nəyin nə ilə uyğun olduğunu bilir. Mənim suallarım olanda məsləhət üçün anama müraciət edirəm. Başqa heç kimə...
Moda haqqında
Mənim geyim tərzimi nə Moskva, nə də Bakı tərzi adlandırmaq olmaz. O, daha çox London tərzidir. Axı mən İngiltərədə böyümüşəm.
Londonda öz geyiminə çox vaxt sərf etmək qəbul edilmir. Çins, krossovkalar və... qaçdın. Moskva və Bakıda qarderoba ciddi yanaşırlar. Bu isə sevindirici haldır".