Gürcüstanda baş vermiş daşqında 12 nəfərin ölümünə görə 15 iyun matəm günü elan edilib. Bu haqda Gürcüstanın baş naziri İrakli Qaribaşvili bildirib.
"Təəssüf ki, həlak olmuşlar var. Bu, böyük faciədir. Həlak olmuşların yaxınlarına və ailələrinə başsağlığı verirəm. Sabah matəm günü elan olunması haqqında Gürcüstan hökumətinin sərəncamı var" - deyə Qaribaşvili bildirib.
Tiflisdə daşqının qurbanlarının sayı 12 nəfərə qədər artıb, onlarla ailə evsiz qalıb.[media=https://www.youtube.com/watch?v=uWZ26IfJWWI]