Cəlilabadda gənc qız zəhər içərək intihara cəhd edib.
“Qafqazinfo” xəbər verir ki, hadisə bu gün rayonunun Göytəpə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Əsmətova Nərmin Vaqif qızı maye halında olan zəhər qəbul edərək intihara cəhd edib. Gənc qızın yaxınları hadisədən xəbər tutaraq onu Cəlilabad Mərkəzi rayon Xətəxanasına çatdırıblar.
Xəstəxanadan verilən məlumata görə, xəstənin vəziyyəti ağır olaraq qalır. Nərmin Əsmətovanın hansı səbəbdən intihara cəhd etiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.