Bakının Nizami rayonunda asayişi pozan kişi döyülüb.
ANS PRESS-in məlumatına görə, hadisə “8-ci km bazarı” qarşısında baş verib. Bazarın qarşısında gecə saat 02 radələrində səs-küy düşüb.
Səs-küyə çıxan camaat yaşlı bir kişinin sərxoş halda söyüş söydüyünü görüblər. Məsələni araşdırmaq istəyərkən isə kişi insanları da söyməyə başlayıb.
Bu səbəbdən rus əsilli olan 45 yaşlı kişini döyüblər. Ağır bədən xəsarətləri alan kişi xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 24-cü bölməsində araşdırma aparılır.