Bu gün ölkə mətbuatı Cəlilabad rayonunda cavan qızın dəhşətli ölüm xəbərini yaydı. Məlumata görə, rayonun Alar kəndində gənc qızı atın quyruğuna bağlayaraq sürüyüblər. Yerlə xeyli sürünən qız faciəvi şəkildə ölüb.
Cəlilabad Rayon Prokurorluğu Milli.Az-a qızın faciəvi ölümünü təsdiqləsə də, təfərrüatlar xəbərin tam əksini göstərdi. Bildirildi ki, Samirə adlı qız təsadüfi hadisənin qurbanıdır. O, ehtiyatsızlıqdan atın quyruğuna ilişib və aldığı xəsarətlərdən ölüb.
Gülər
Milli.Az