Islamazeri.az-ın "ABNA"-ya istinadən verdiyi xəbərə görə, Suriyada İŞİD terror qruplaşmasının sıralarında vuruşan Azərbaycan sələfilərindən 12 nəfərin öldürüldüyü bildirilib. Məlumatlara görə, İŞİD terror qruplaşmasının tərkibində azərbaycanlı dəstəsinin 12 üzvünün Suriya Kürd Peşmərgələri ilə döyüşlərdə öldürüldüyü bildirilir. İŞİD-in Suriyanın Rəqqa şəhərindəki "Katibətul Azərbaycan" qrupunun üzvləri kürd silahlılarının nəzarət etdiyi bölgələrə qarşı apardıqları əməliyyatlarda 12 terrorçu məhv edilib. Ölənlər içərisində İŞİD-in Azərbaycan üzrə əmiri Musəb əl Azərinin də olduğu bildirilir. Qeyd edək ki, son iki ildə Azəri taburu İŞİD terror təşkilatının tərkibində bir çox cinayət aktları həyata keçirib. Azərbaycan terrorçularının bir çox qismi "Nüsrə Cəbhəsi", "Azad Suriya Ordusu", "Əhraru Şam" və başqa terror qruplaşmalarında da Suriya və İraq xalqına qarşı cinayət aktları törədirlər.
Mənbə : İslamazeri